“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsi (DOST Agentliyi) “Ojag Consulting Services” MMC (VEÖN: 1700109441) ilə 1 169 073 manatlıq satınlama müqaviləsi bağlayıb.
Banker.az bildirir ki, Şirkət DOST Agentliyinə “Oracle” verilənlər bazası üçün “EXEDATA” serverlərin və verilənlər bazası üçün liseziyaların satın alınması üzrə xidmət göstərəcək.
Oracle — Microsoftun ardından dünyanın ən böyük ikinci proqram təminatı şirkətidir və satılan verilənlər bazasının idarə edilməsi sistemidir.
Verilənlər Bazası, tətbiq inkişaf etdirmə vasitələri, tətbiq serveri və də biznes təcrübələri sahələrində proqram həlləri var.