“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsi tərəfindən inzibati binaların əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsi elan edilib.
Banker.az xəbər verir ki, müsabiqəyə əsasən, DOST Agentliyinin Şəmkir, Gədəbəy, Ağstafa və Göygöl şəhərlərində yerləşən inzibati binalarında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.
Layihənin ehtimal olunan dəyəri 4 183 525 manat təşkil edir.







