Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2024-cü ili 35 min manat mənfəətlə başa vurub. 2023-cü ildə DOST Agentliyinin mənfəəti 80 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 2.3 dəfə azalması deməkdir.
Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
2024-cü ildə DOST Agentliyinin hökumətdən alınmış subsidiyalar hesabına gəlirləri əvvəlki ilə nisbətən 6.3% azalaraq 311 milyon manat, digər gəlirləri 2.3 dəfə azalaraq 35min manat olub.
Hesabat dövründə Agentliyin aktivləri 137 milyon manat, cəmi kapitalı 10 milyon manat, cəmi öhdəlikləri isə 127 milyon manat təşkil edib.