“DOST İş Mərkəzi” 39 min manatlıq koronavirus testləri alır

“DOST İŞ Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət “Referans Klinik Laboratoriya Mərkəzi” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki. müqavilədə Koronavirus (COVİD-19) testlərinın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 38 min 675 manatdır.

Bildirək ki, Referans Klinik Laboratoriyaları” MMC 2014-cü ildə yaranıb. Bu MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Aqil Mirzəyev Əlövsət oğludur.

Onu da qeyd edək ki, “DOST İŞ Mərkəzi” 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Bu şirkət şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də qeydiyyatdan keçib.

Son xəbərlər
Digər xəbərlər