10 C
Baku
Monday, November 18, 2024

DOST İş Mərkəzi “Kia Motors Az”ın rəhbərindən 427 min manata ofis icarəyə götürüb

“DOST İş Mərkəzi” MMC Əşrəf Səxavət oğlu Səfərov ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə ofis sahəsinin icarəsi xidmətlərinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 426 855 manatdır.

Ofis sahəsinin icarəsi 12 aylıqdır. Ofisin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 2750m² (±20m²) (eyvan sahəsi daxil deyil) olmalıdır. Ofis sahəsində minimum 25 otaq (onlardan 4 otaq minimum 20 nəfərlik olmalıdır), minimum 70m² sahəsi olan 1 iclas zalı, 35m² (±5m²) 1 mətbəx, 50m² (±5m²) anbar, minimum 6 ədəd ümumi istifadə üçün sanitar qovşağı olmalıdır, 4 ədəd rəhbər otağı (ayrıca sanitar qovşağı otağı ilə) və 10 ədəd nəqliyyat vasitəsinin parklanması üçün yeraltı dayanacaq və ya həyətyanı sahəsi olmalıdır.

Qeyd edək ki, Əşrəf Səxavət oğlu Səfərov “Kia Motors AZ” MMC-nin qanuni təmsilçisidir.

Son xəbərlər
Digər xəbərlər