2 C
Baku
Saturday, December 14, 2024

“Dost İş Mərkəzi”nin direktoru dəyişib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus “Dost İş Mərkəzi” MMC-nin direktoru dəyişib. 

Report agentliyi xəbər verir ki, indiyə qədər şirkətə rəhbərlik edən Niyazi Rəhimovu onun müavini Firudin Cəbrayılov əvəz edib. 

Xatırladaq ki, “Dost İş Mərkəzi” ötən il dekabrın 26-da yaradılıb. Şirkət adı çəkilən nazirliklə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də 1 000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. 

 

Son xəbərlər
Digər xəbərlər