22 C
Baku
Thursday, April 18, 2024

DOST konsepsiyasının hazırlanmasında Çili təcrübəsindən istifadə edilib

Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumu çərçivəsində DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovla Çili Respublikasının nümayəndə heyətinin görüşü olub.

Banker.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Çilinin “Mutual de Seguridad” təşkilatının icraçı direktoru Felipe Bunster Eçeniqe və əməyin təhlükəsizliyi və sağlamlıq üzrə meneceri Hektor Xaramiyo Qutieres ilə sosial sahədə əməkdaşlıq, təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb.

DOST konsepsiyasının hazırlanmasında Çili təcrübəsindən də istifadə edildiyi nəzərə alınaraq, Çili ilə sosial müdafiə və məşğulluq sahəsində “bir pəncərə” modelində inzibatçılıq və idarəetmə üzrə əməkdaşlığın qurulması və inkişaf etdirilməsinə dair razılığa gəlinib.

“Mutual de Seguridad” Çilinin sosial müdafiə sahəsində əhaliyə müxtəlif xidmətlər göstərən qurumdur. Təşkilat vətəndaşların rifah halının yüksəldilməsi, həyat və sağlamlıqlarının qorunması, iş mühitinin yaxşılaşdırılması, sığorta, ətraf mühit və əməyin təhlükəsizliyi sahəsində “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər