DOST mərkəzlərində vətəndaş qəbulu bərpa olunur

5 avqust 2020-ci ildən etibarən DOST mərkəzlərində vətəndaş qəbulu bərpa ediləcək.

DOST Agentliyindən verilən məlumata görə, mərkəzlər həftənin bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olacaq.

Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl ediləcək. Əməkdaşların qoruyucu maskalarla təmin edilməsi ilə yanaşı, DOST mərkəzlərində vətəndaşların da dezinfeksiyaedici məhlullardan istifadə etməsi üçün şərait yaradılacaq.

Mərkəzlərə gələn vətəndaşların da qoruyucu maskalarından istifadə etmələri və sosial məsafə saxlamaları tövsiyə edilir.

Qeyd edək ki, ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iyunun 21-dən etibarən DOST mərkəzlərində xüsusi iş rejimi tətbiq olunur. Vətəndaşların müraciətləri e-poçt və Çağrı Mərkəzi 142 vasitəsilə qəbul edilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları