16 C
Baku
Sunday, October 6, 2024

“Dost Müfəttiş” əmək qanunvericiliyi üzrə uyğunsuzluqları aradan qaldıracaq

“Dost Müfəttiş” layihəsi əmək qanunvericiliyi üzrə uyğunsuzluqları aradan qaldıraraq insanlara xidmət etməyə fokuslanıb.

Bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın şöbə müdiri Əli Tağızadə deyib.

Onun sözlərinə görə, “Dost Müfəttiş” layihəsi əmək bazarı və əmək münasibətlərinin inkişafı üçün önəmli addımlar atmağı planlayır:

“Layihəmiz əmək qanunvericiliyinin tələblərinin tətbiqi vəziyyətini qiymətləndirmək, əmək qanunvericiliyi üzrə uyğunsuzluqların aradan qaldırılmasına dəstək göstərmək, əməyin mühafizəsi işinin təşkilini dəyərləndirmək, eləcə də mühafizəsinin standartlara uyğun təşkilində müəssisəyə dəstək göstərmək sahəsində önəmli töhfələr verməyə hazırdır”.

Ə.Tağızadə insan resurslarının idarə olunması sistemlərinin səmərəliliyi mövzusuna da toxunaraq müasir insan resursları yanaşmalanının müəssisədə tətbiqində dəstək göstəriləcəyini qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər