26 C
Baku
Friday, July 5, 2024

“Dost yaxşı gündə tanınar!”

Gənc bir oğlan çox varlı bir şəxsdən uğurlarının sirrini soruşur. Necə olub ki, o səfil bir gənc oğlandan varlı bir biznesmenə çevrilib?

Cavab çox sadə idi: “Mən dostlarımı düzgün seçməyi öyrəndim”.

Biznesmen ondan soruşdu:

-“Dost dar gündə tanınar” – atalar sözünü eşitmisən?

– Bəli! Mən həmişə bu qaydaya əməl edirəm – deyə gənc oğlan etiraf etdi.

– Bu haqda unut, əslində bu düzgün deyil. Dost yaxşı gündə tanınar!

Gənc oğlan buna çox təəccübləndi.

– Bax, – deyə biznesmen davam etdi, – problemin olduqda, əhvalın da pis olur. Belə olduqda dostunun yanına qaçırsan və problemini onunla bölüşürsən. İndi hər ikinizin də problemi var. İkinizdə qəmgin, ikinizdə fikirlisiniz. Doğrudur?

– Bəli! – gənc cavab verdi, – və dostum onu həll etməyə mənə kömək edir!

– İlk problemi həll etməyə ola bilsin ki, kömək etdi, lakin ondan sonrakılara dəqiq yardım etməyəcək. O heç nə etmədən sadəcə oturacaq və sənə yazığı gələcək.

– Bu da yaxşıdır, belə o məni dəstəkləyir! – deyə gənc oğlan təkid etdi.

– Bu ki dəhşətdir! Çünki sən özün də problemini həll etmək əvəzinə, öz halına acıyırsan. Mənim bəxtim gətirdi ki, həyatımda mənə yazığı gələn dostlarım olmadı və heç kim mənim problemlərimi həll etmədi. Onlar sadəcə mənimlə uğurlarıma sevinirdilər! Əslində belə olmalıdır: problemin varsa onu tək başına həll et və hər şeyi yoluna qoyduqdan sonra dostunun yanına get və qələbəni bir yerdə qeyd edin. Başqa insanın halına acımaq çox asandır. Başqasının uğurlarına sevinməyi insan – öyrənmək lazımdır. Mənim uğurlu bir insan olmağıma səbəb olan bax məhz bu əsl dostluqdur!

Son xəbərlər
Digər xəbərlər