10 C
Baku
Thursday, December 12, 2024

Dostlar Klubu – Müştərilərə verilən dəyər!

ZHasanovMüəllif: “Bank of Baku”-nin “Bakıxanov” filialının direktoru  Zakir Həsənov

Bank sektorunda son illərdə müşahidə olunan dinamik inkişaf tempi ümumilikdə, ölkə iqtisadiyyatının inkişafının bariz nümunəsidir. Bu inkişaf payında bank sektorunun ən aktiv iştirakçılarından biri olan “Bank of Baku” danılmaz yer sahibidir. Hal-hazırda bankın qənaətbəxş prudensiallıq göstəriciləri buna dəlalət edir. Təsadüfi deyil ki, bank xidmətlərindən istifadə edən 650 000 sayda müştəri öz seçimlərində məhz “Bank of Baku”-da qərarlaşmışlar. Təbii ki, bu nailiyyət 20 illik tarixə söykənən şəffaf fəaliyyətimizin nəticəsidir. Eyni zamanda, sadiq müştərilərinə daha yaxın olmaq, onlara seçimlərində yanılmadıqlarını bir daha isbatlamaq məqsədilə, “Bank of Baku” Azərbaycanın bank sektorunda ilk dəfə olaraq, öz sadiq müştəriləri üçün “Dostlar Klubu” adlı tamamilə yeni və orijinal loyallıq proqramına start verdi. 2012-ci ilin may ayında pilot layihə kimi bankın Müştəri Xidmətləri Departamentində, sonradan isə bütün filiallarında tətbiq olunan “Dostlar Klubu” layihəsi indiki rəqabət mühitində müştərilərimizi qiymətləndirmək, sadiqliyini artırmaq və bankımızda saxlamaq üçün həlledici həmlələrimizdən biri oldu. Ümidvaram ki, gələcəkdə də layihənin bu istiqamətdə çox faydası olacaq.

DKlubu“Dostlar Klubu” və imtiyazları:

•    “Dostlar Klubu” – “Bank of Baku” ilə 12 ay və daha artıq müddətə əməkdaşlığı olan müsbət kredit tarixçəsinə malik müştərilər üçün imtiyazlar təqdim edən virtual klubdur.

“Dostlar Klubu” kartları aşağıda əks olunmuş cədvəldəki əməkdaşlıq müddətinə uyğun 3 növdə təqdim olunur. Kreditlər üzrə ödənişlərin aşağıda göstərilmiş bölgüdə müəyyən faizi və hədiyyə bonusu müştəriyə verilmiş karta yerləşdirilir:

Əməkdaşlıq müddəti (ay)

Təqdim olunan kart növü

Kredit ödənişindən geri qaytarılan hissə (%)

Hədiyyə bonus (AZN)

[12 – 36)

Gümüş

0.5

2

[36 – 60)

Qızıl

1

3

>=60

Brilliant

2

5

120 min saydan çox olan “Dostlar Klubu”nun üzvləri artmaqda davam edir. Layihə çərçivəsində indiyənədək müştərilərə 1700 000 AZN məbləğində bonus hesablanmışdır. Bu məbləğə ötən il keçirilən “Faizlər geri qayıdır” adlı uğurlu kredit kampaniyasının şərtlərinə görə, 2013-cü ilin fevral ayında – bankımızın ad günündə müştərilərə hədiyyə edilən 382 000 AZN məbləğində bonuslar da daxildir.  Bonuslar manatla hesablanır və müştərinin növbəti nağd krediti götürdüyü təqdirdə kredit üzrə komissiya haqlarının ödənilməsinə yönləndirilə bilər. Bununla yanaşı, müştərilərə bonuslarının 1/5 hissəsini bankda qeydiyyatda olan mobil telefon nömrəsində danışıq vaxtına çevirmək imkanı da yaradılmışdır.

İndiyədək, 680 000 AZN məbləğində bonuslar müştərilər tərəfindən istifadə edilmişdir.
Cari ilin fevral ayından etibarən isə bankımız müştərilərinin rahatlığını düşünərək, Azərbaycan bankçılığında ilk dəfə olaraq, yeni SMS kredit layihəsinə start verdi. Qeyd edim ki, ilkin mərhələdə layihədə “Dostlar Klubu”-nun Qızıl və Briliant kateqoriyalı müştərilərimiz iştirak edirlər. SMS krediti almaq üçün müştəri 8145 nömrəsinə sorğu SMS–ni göndərir, bütün şərtlər uyğun gəldikdə, cavab olaraq bankdan kredit təklifi və təsdiq kodunu SMS-lə alır. Şərtlər qane edərsə, müştəri təsdiq kodunu 8145 nömrəsinə göndərir. Təsdiq kodu göndərildikdən sonra müştəriyə kredit ayrılır, ayrılan kreditin məbləği və aylıq ödəniş haqda SMS mətni göndərilir və həmən andan etibarən müştəri ATM vasitəsi ilə “Dostlar Klubu” kartından vəsaiti nağdlaşdıra bilər. Sorğu SMS-inin formatı aşağıdakı kimi tərtib edilməlidir:

“Dostlar Klubu” kartı nömrəsinin son 8 rəqəmi”, “KREDİT” sözü və “kreditin məbləği”, misal üçün: “12345678 Kredit 1500”.

smsƏlavə olaraq qeyd edim ki, “Bank of Baku” daimi kredit müştəriləri olan “Dostlar klubu” üzvləri üçün “Dəyərli dostlara dəyərli hədiyyə” adlı stimullaşdırıcı tirajlı lotereyaya start verib. “Hədiyyəniz Brilliantdan olacaq” şüarı altında keçiriləcək lotereyada 717 qalib müştəriyə toplam olaraq 80 000 manat məbləğində “Dostlar klubu” bonusu, 6,7 karat brilliant, 440 qram qızıl, 121 ədəd suvenir-gümüş sikkə və 12500 manatlıq kupon hədiyyə olunacaq. Loterayada iştirak etmək üçün sadəcə “Dostlar klubu” üzvü olmaq və tiraja 3 iş günü qalmış tarixə qədər heç bir cari krediti üzrə gecikmə olmaması yetərlidir.
Kampaniyanın siması olaraq xalq artisti Briiliant Dadaşova seçilmişdir.

Lotereya 2 tirajdan ibarətdir:

1-ci tiraj – 27 noyabr tarixində “Bank of Baku” ofisində keçiriləcək,
2-ci tiraj – 14 dekabr tarixində, saat 20:00-da canlı yayımda ATV kanalında keçiriləcək.

Lotereya haqqında daha ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür – http://www.bankofbaku.com/az/dostlar-klubu/dostlar-klubu-lottery.html

Dəyərli müştərilərimizi öz “Dostlar Klubu” kartlarını əldə etməyə və toplayacaqları bonuslardan aktiv istifadə etməyə çağırırıq.

Son xəbərlər
Digər xəbərlər