Dostlarla ortaq olaraq biznes yaratmağın özü ilə daşıdığı risklərə biri daha əlavə olundu. Bu da dostluq əlaqələrinə xələl gəlməsi riskidir. Əgər biznes uğursuzluqla nəticələnərsə tərəflər bir-birini qarşılıqlı olaraq günahlandırmağa başlayacaq. Və əksinə uğur və zənginlik əldə edilərsə ərtaq əldə edilən sərvətin bölünməsi ilə problemlər yaşanacaq.
Bu həqiqətən də belədirmi?
Müsbət cəhətləri:
Daha səmimi və geniş ünsiyyətə bel bağlaya bilərsiniz.
Dosta hər hansı bir məsələni izah etmək daha rahatdır. Çünki yaxşı dost nə demək istədiyinizi sözsüz də anlayacaq.
Dostunuz daha artıq səbr və anlayış gözləyə bilərsiniz.
Və nəhayət, əsl dostunuz sizi aldatmayacaq.
Lakin mənfi cəhətləri də unutmayaq:
Dostla olan yaxın münasibət işlə bağlı problemin məhz nədə olduğunu izah etməkdə çətinlik yaradır.
Bundan əlavə, bu an iradlarınızın anında qəbul edilməsini də gözləyə bilməzsiniz. Problemlər də məhz bu andan etibarən başlayacaq.