9 C
Baku
Thursday, December 12, 2024

Dostoyevski-dən “ruhun qidası”

Fyodor Mixayloviç Dostoyevski insan ruhunun əsl tədqiqatçısı idi və bütün qəhrəmanlarının dərdinə şərik olmağı yaxşı bacarırdı. Onun insan ruhuna və dünya ədəbiyyatına olan təsirini qiymətləndirmək elə də asan deyil.

Aşağıda dahi yazıçının “ruhun əsl qidası” olan sitatlarını təqdim edirik:

  • Azadlıq – insanın özünü cilovlaması deyil, özünə hakim olmağı bacarmasıdır.
  • Xoşbəxtlik xoşbəxt olmaqda deyil, yalnızca onun əldə edilməsindədir.
  • Həyatı – həyatından mənasından daha çox sevmək lazımdır.
  • Həyat məqsəd olmadan boğucudur.
  • Kitab oxumağı tərgitmək, düşünməyi tərgitmək kimidir.
  • Rahatlıqda xoşbəxtlik yoxdur, xoşbəxtlik əzabla əldə edilir.
  • Dünyanı gözəllik xilas edəcək.
  • Heç kəs ilk addımı özü atmayacaq. Çünki hər kəs bunun qarşılıqsız olduğunu düşünür.
  • Əsərləri uğur qazanmamış yazıçı asanlıqla acıdil tənqidçiyə çevrilir. Keyfiyyətsiz şərab da bu formada asanlıqla sirkəyə çevrilir.
  • İnsan ağıllıdır. Lakin onun ağılla hərəkət etməsi üçün tək ağıl kifayət deyil.
  • Məqsədinə gedən yolda hər hürən itə daş atmaq üçün dayansan, heç vaxt məqsədinə nail olmayacaqsan.
  • Sevgisiz həqiqət – yalandır.
  • Qucaqlamağı bacaran insan, yaxşı insandır.
  • Günəşin cəmi 1 şüasının insan ruhuna olan təsiri inanılmazdır.
  • Ürək uşaqların ətrafınsa sağalar.
  • Yaxşılıq etmək niyyətində olan bağlı əllərlə də buna nail ola bilər.
  • Dostum yadında saxla ki, susmaq yaxşı, təhlükəsiz və gözəldir.
  • Böyüklər uşağın ən çətin vəziyyətdə kifayət qədər ağıllı məsləhət verə biləcəyinin fərqində deyillər.
  • Bir insanı sevmək – onu Allahın nəzərdə tutduğu şəkildə görməkdir.

Son xəbərlər
Digər xəbərlər