20 C
Baku
Thursday, May 30, 2024

Dou nəzəriyyəsi: qiymət hər şeyi nəzərə alır

Bazar indeksləri baş verən və gələcək baş verə biləcək hər şeyi əks etdirir.

Dou nəzəriyyəsinin əsas qaydası ondan ibarətdir ki, qiymətlər bazarda baş verən hər şeyi nəzərə alır: keçmiş, cari və gözlənilən hadisələr. “Qiymət” termini adı altında hər hansı bir konkret şirkətin deyil, ümumi qiymətlər (sahə və indekslərin qiyməti) nəzərdə tutulur.

Bazar qiymətləri məhz nəyi əks etdirir? Hər şeyi: treyderlərin emosional əhvalından tutmuş şirkətlərin maliyyə hesabatlarına kimi. Mahiyyət etibarilə qiymətin formalaşdığı zaman nəzərə almadığı yeganə şey bilinməsi və proqnoz verilməsi qeyri-mümkün olan daşqın, təbii fəlakət və ya fors-major hallarıdır. Buna baxmayaraq, hətta bu hadisələr belə qiymətə passiv təsir edir, belə ki belə hadisələrin baş vermə ehtimalı qiymətə daxil edilib.

Lakin güman etmək olmaz ki, bazarın ayrı-ayrı oyunçuları hər şeyi bilir və ya gələcəkdən məlumat verə bilirlər: heç də belə deyil. Əslində isə baş vermiş, gözlənilən və ya baş verə biləcək bütün hadisələr maliyyə alətləri və indekslərinin bazar qiymətlərində əks olunurlar. Uyğun olaraq, bazarda nə isə dəyişiklik baş verdiyi zaman qiymət də müvafiq olaraq reaksiya verir və bu xəbərləri təcəssüm etdirir.

Texniki analizdə olduğu kimi Dou nəzəriyyəsində də qiymətlər iş üçün əsas alət kimi çıxış edir. Lakin qeyd etmək lazımdır ki, Dou nəzəriyyəsinin tərəfdarları daha çox ayrı-ayrı alətləri deyil, ümumilikdə bazar qanunauyğunluğunu nəzərdən keçirirlər. Əgər texniki analitik qərar qəbul edilməsi üçün konkret səhmləri analiz etməli olacaqsa, onda Dou nəzəriyyəsinin tərəfdarı ilk öncə ümumilikdə bazarın gedişatına baxır və yalnız bazar trendinin dərk edilməsindən sonra öz baxışını konkret alətlərə qədər məhdudlaşdırır. Lakin qeyd etmək lazımdır ki, sonuncu texniki analiz ilə məhdudlaşmayacaq və fundamental analizi də tətbiq edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər