21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Qaynar xətt”i yaradılıb

Screen Shot 2021 09 02 at 14.34.20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin korrupsiya ilə mübarizə işləri çərçivəsində “Qaynar xətt”i (012 525 55 45 (Daxili nömrə – 1) fəaliyyətə başlayıb.

Nazirlikdən verilən məlumata görə, yeni “Qaynar xətt”in yaradılması Xidmətdə ötən ildən başlayan “İSO 37001 standartının (anti-korrupsiya siyasəti və korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi) tətbiqi çərçivəsində növbəti addımdır.

Vətəndaşlar Xidmətin əməkdaşlarına aid hər hansı korrupsiya hüquqpozmaları ilə rastlaşdıqları halda bu barədə iş saatları ərzində (09:30-18:30) həmin “Qaynar xətt”ə, həmçinin [email protected] ünvanına müraciət edə bilərlər.

Daxil olan bütün müraciətlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə hərtərəfli, tam və obyektiv araşdırılacaq. Müraciətlər üzrə görülmüş tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər