6 C
Baku
Thursday, February 29, 2024

Dövlət 184 mln. manat güzəştli kredit ayırıb, gələcəkdə əlavə 5 000-dən çox iş yeri Açılacaq

Dövlət tərəfindən aqroparkların yaradılmasında və inkişafında dəstək tədbirləri çərçivəsində bu günədək 25 aqroparka fəaliyyətinin qurulması və genişləndirilməsi üçün 184 mln. manat dövlət güzəştli kredit vəsaitləri ayrılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, investisiya təşviqi sənədi alan 26 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39,8 mln. manat qənaət (gömrük rüsumu və ƏDV) əldə edib.

 

Aqroparkların yaradılması ölkədə yeni iş yerlərinin açılmasına böyük töhfə verir. Hazırda aqroparklarda ümumi olaraq 4 491 nəfər daimi, 6 303 nəfər isə mövsümü işlə təmin olunub, gələcəkdə əlavə 5 000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda respublikanın 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir.

Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-si isə emal sənayesi üzrə ixtisaslaşıb.

Sözügedən aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır.

Son xəbərlər
Digər xəbərlər