24 C
Baku
Thursday, June 30, 2022

Dövlət 3 yatağı bu şirkətlərə satdı – Qiymətlər

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac 14 dekabr tarixində baş tutub.

Göygöl rayonu “Hacıməlikli” qum-çınqıl yatağı LOT-1 və LOT-2 üzrə qalib “Azeri Mining Group” MMC, LOT-3 və LOT-4 üzrə qalib “KANT-2S” MMC, LOT-5 və LOT-6 üzrə qalib isə Fiziki şəxs İlham İsmayılov Yunis oğludur.

İsmayıllı rayonu “Girdimançay” qum-çınqıl yatağı üzrə keçirilən hərracın qalibi “Muğan-KİTT Şirkəti” MMC və Goranboy rayonu “Qarasuçay” qum-çınqıl yatağı üzrə qalib isə “23№li Yol İstismarı” MMC-dir.

Son xəbərlər
Oxşar xəbərlər