28 C
Baku
Saturday, July 27, 2024

Dövlət Agentliyi artıq Prezidentə hesabat verməyəcək -dəyişiklik

“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.8-ci və 3.9-cu bəndləri ləğv edilib.

Bu barədə fərmanı Azərbaycan Prezidenti bu gün imzalayıb.

Qeyd edək ki, bu bəndlər bundam öncə belə idi:

“3.8. nizamnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.9. bu Fərmanın 3.8-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla, dövlət adından yaradılan digər publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;”

Son xəbərlər
Digər xəbərlər