“Dövlət Aqrar Ticarət Şirkəti” oktyabrda Bakıda ilk mağaza açacaq

Azərbaycanda “Dövlət Aqrar Ticarət Şirkəti” MMC təsis edilib, oktyabrda Bakıda cəmiyyətin ilk mağazasının açılışı olacaq.

“Dövlət Aqrar Ticarət Şirkəti” Azərbaycan fermerlərinə dəstəyi genişləndirmək niyyətindədir. Yaradılmasının əsas məqsədi istehsalın artırılması və fermerlərin sosial difahının yaxşılaşdırılmasıdır”, – şirkətin direktoru Leyla Məmmədova bu gün təqdimatda bildirib.

Şirkət Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərir.

Onun sözlərinə görə, həmçinin şirkət xaricdə Azərbaycan məhsullarının alıcılarının axtarışı üzrə fəaliyyət göstərir.

“2018-ci ilin iyun ayndan etibarən şirkət 110 növ məhsulun satışını həyata keçirib”, – L.Məmmədova qeyd edib.

O əlavə edib ki, oktyabrda Bakıda MMC-nin ilk mağazasının açılışı olacaq.