“Dövlət Aqrar Ticarət Şirkəti” Zaqatala çayının satışına başlayacaq

0
Astarada çay məhsul yığımı

Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC Zaqatala rayonunda yetişdirilən çayın qablaşdırılmasını və satışını həyata keçirəcək.

Banker.az xəbər verir ki, bu barədə Report Agentliyinə şirkətin direktoru Leyla Məmmədova məlumat verib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, rəhbərlik etdiyi kommersiya qurumu bir qədər əvvəl Zaqatalanın çay istehsalı ilə məşğul olan fermerlərə əməkdaşlıq üçün müraciət edib: “Biz onların məhsulunun keyfiyyətini araşdırdıq və təhlil etdik, Qida Təhlükəsizliyi Agentliyinə müraciət edərək sertifikatlar aldıq. Bundan sonra həmin çayı qablaşdırdıq. Zaqatala çayı premium, 1-ci növ və standart olmaqla 3 kateqoriyada təklif olunacaq, tezliklə “Kənddən şəhərə” brendi ilə fəaliyyət göstərən mağazamızda və internetdə satışına başlanılacaq”.

Xatırladaq ki, “Dövlət Aqrar Ticarət Şirkəti” 8 iyun 2018-ci il tarixində təsis edilib. Şirkətin əsas məqsədi kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların keyfiyyətini artırmaq və satışına dəstək məqsədilə maarifləndirmə tədbirləri keçirmək, mövcud kənd təsərrüfatı məhsullarının brendləşdirilərək qablaşdırılmasını təşkil etmək, mövcud və alternativ satış kanallarından istifadə etməklə yerli fermer və qida məhsullarının satışına dəstək göstərmək, Strateji Yol Xəritəsindən irəli gələn tədbirlərin icrasını təmin etmək, son nəticədə fermerlərin sosial rifahını artırılmasına xidmət etməkdir.