24 C
Baku
Wednesday, August 17, 2022

Dövlət başçısı: “Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən 5 faizdir”

“Yoxsulluğun azaldılması ilə bağlı hesab edirəm ki, biz bu qlobal bəlanın öhdəsindən uğurla gələ bildik və Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən beş faizdir”.

Bunu Prezident İlham Əliyev martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən deyib.

“Bu da onu göstərir ki, sərvətin bərabər şəkildə bölüşdürülməsi üçün biz enerji sektorundan qaynaqlanan gəlirlərdən müvafiq şəkildə istifadə edə bilmişik. Əlbəttə, iqtisadi islahatlarla, məşğulluqla bağlı yeni imkanlar Azərbaycanda yeni mənzərə yaradacaqdır, çünki əhalimiz artır. Buna görə də məşğulluqla və əlbəttə ki, bununla birbaşa əlaqəli olan yoxsulluğun səviyyəsi ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir”, – deyə dövlət başçısı bildirib.

Son xəbərlər
Oxşar xəbərlər