18 C
Baku
Wednesday, April 17, 2024

Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 001-2006 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı əvəzinə yenilənmiş AZS 001-2023 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

İnstitutdan verilən xəbərə görə, bu standart Azərbaycan Respublikasının Dövlət Bayrağına şamil edilir və onun hazırlanmasına dair texniki tələbləri müəyyənləşdirir. Eyni zamanda, standartla Azərbaycan Respublikasının Dövlət Bayrağının utilizasiya qaydaları da müəyyən olunur.

Son xəbərlər
Digər xəbərlər