14 C
Baku
Şənbə, May 21, 2022

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu icmal büdcədən çıxarılır

Azərbaycanda Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun gəlir və xərclərinin icmal büdcəyə aid edilməməsi təklif olunur.

Bu məsələ “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərdə əksini tapıb.

Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, Təminat Fondunun dövlət maliyyəsinin bir komponenti olduğu, onun əsasən qeyri-kommersiya fəaliyyətindən gəlirlər hesabına maliyyələşdirildiyi, habelə Fondun maliyyələşdirilmə mənbələrində dövlət büdcəsi vəsaitinin birbaşa və yaxud dolayı yolla iştirak etdiyi, büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılmasının müəyyən edilməsi fonunda təklif edilən dəyişikliyin, əksinə, hesabatlılığın və şəffaflığın azaldılmasına xidmət etdiyi nəzərə alınmaqla icmal büdcədən müvafiq Fondun çıxarılması məqsədəuyğun hesab edilmir.

Hesablama Palatası Təminat Fondunun ləğv edilərək müvafiq gəlir və xərclərin dövlət büdcəsində əks etdirilməsini və müvafiq Fondun əməliyyatlarının vahid büdcə təsnifatının Dövlət Maliyyə Statistikası Təlimatının 2014-cü il versiyasına uyğunlaşdırılmaqla dövlət büdcəsinin parametrində (dövlət büdcəsinin balansında) nəzərdə tutulan maliyyə aktivləri üzrə əməliyyatlara aid edilməsini və yaxud bəzi ölkələrdə tətbiq edilən təcrübə əsas götürülməklə müvafiq əməliyyatların gəlir və xərclərdə deyil, xalis büdcə kreditləşməsi adı altında əks etdirilməsini (bu, zəmanət üzrə xərcləri büdcə kreditləşməsinin məxaricində, daxilolmaları isə mədaxilində əks etdirməyi tələb edir) təklif edir.

Son xəbərlər
Oxşar xəbərlər