Dövlət borcunu Çinin hesabına azaltmaq istəyir

“Malayziya dövlət borcunun azaldılmasında Çinin yardımına ümid edir”.

Bunu Malayziyanın baş naziri Maxatxir Məhəmməd Çinin Dövlət Şurasının sədri Li Ketsian ilə görüşdə deyib.

Onun sözlərinə görə, Malayziya Çindən İKT sahəsinə olan investisiyalar gözləyir. Çinin rəsmisi isə bildirib ki, ölkəsi Malayziyadan idxalı artırmaq niyyətindədir.

Qeyd edək ki, hazırda Malayziyanın dövlət borcu 250 mlrd. ABŞ dollarından çoxdur və bu borc hazırda korrupsiyada və oğurluqda ittiham olunan keçmiş baş nazir Nəcib Razakın vaxtında yaranıb.