22 C
Baku
Thursday, May 2, 2024

Dövlət bu il fond bazarında xəzinə borclanmasını kəskin azaldıb

2022-ci ilin ilk səkkiz ayı ərzində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xətti ilə fond bazarında vəsait cəlbi kəskin azalıb.

Bu barədə Banker.az-a  BFB-dən (Bakı Fond Birjası) bildirilir.

Fond birjasının ilkin məlumatlarına əsasən, hesabat dövründə cəmi 841.66 milyon manatlıq dövlət istiqrazları emissiya edilib. Bu isə 2021-ci ilin müvafiq dövründən 34 faiz zəif nəticədir.

BFB-dən bildirilir ki, həmin dövrdə cəmi 232 əqd bağlanıb.

Dövlətin digər qiymətli kağızı sayılan Mərkəzi Bank notlarının əməliyyat həcmi 3 milyard 494.68 milyon manat olmuşdur. Bu öncəki ildə 3 milyard 795.39 milyon manat idi.

Dövlət qiymətli kağızlarının ümumi əməliyyat həcmi 4 milyard 336.35 milyon manat olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər