32 C
Baku
Tuesday, June 18, 2024

Dövlət büdcəsi hesabına ayrılan subsidiya mənfəət vergisinə cəlb edilirmi?

Kənd Təsərüffatı istehsalı ilə məşğul olan hüquqi şəxsə Aqrar Kredit və İnkişaf agentliyi tərəfindən dövlət büdcəsi hesabına ayrılan subsidiya mənfəət vergisinə cəlb edilirmi?

Banker.az “vergilər.az”a istinadən xəbər verir ki, dövlət büdcəsi hesabına ayrılan subsidiyanın mənfəət vergisinə cəlb edilib-edilməməsinə dair suala Dövlət Vergi Xidmətinin əməkdaşı aydınlıq gətirib.

Belə ki, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minən müddəalarına əsasən, Kənd Təsərüffatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azaddır. Bu azadolma kənd təsərüffatı məhsullarını, o cümlədən sənaye üsuli ilə istehsal edən hüquqi şəxslərin satışdan kənar gəlirlərinə və həmin istehsalla məşğul olan rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin dividend gəlirlərinə də aiddir. Buna əsasən dövlət büdcəsi vəsaiti hesabına kənd təsərüffatı məhsulların istehsalı ilə məşğul olan hüquqi şəxsə ayrılan subsidiya məbləği hüquqi şəxsin satışdan kənar gəlirlərinə aid edilməklə mənfəət vergisindən azad edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər