9 C
Baku
Bazar, Oktyabr 24, 2021

Dövlət büdcəsi yanvarı profisitlə tamamladı

Azərbaycanın dövlət büdcəsində 2020-ci ilin yanvar ayında 418,1 milyon manatlıq profisit (qalıq) yaranıb.

Banker.az bu barədə AzStatKom-un son açıqladığı rəqəmlərə istinadən bildirir.

Açıqlamaya yanvar ayında əsasən, dövlət büdcəsinin gəlirləri, 1 milyard 821 milyon manat, xərcləri isə 1 milyard 403,9 milyon manat təşkil edib.

2019-cu ilin eyni dövr ilə müqayisədə büdcə gəlirləri 13,7% azalıb, büdcə xərcləri isə 9,9% artmışdır.

Qeyd edək ki, 2020-ci il üzrə icmal büdcə xərclərinin yuxarı həddi büdcə qaydasına uyğun olaraq 28 milyard 192mln.  manat səviyyəsində, 2020-ci ildə icmal büdcə gəlirləri 27 milyard 605,3 mln.  manat məbləğində proqnozlaşdırılır. Müvafiq olaraq, icmal büdcə kəsrinin 586,7 mln. manat olacağı gözlənilir.

Son xəbərlər
Oxşar xəbərlər