4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Dövlət büdcəsinə ƏDV və aksizdən daxilolmalar artıb

2021-ci ilin yanvar-oktyabr aylarında əlavə dəyər vergisindən Azərbaycanın dövlət büdcəsinə 4354 mln. manat daxil olub ki, bu da büdcə gəlirlərinin 21.44%-ini, ÜDM-in 6.08%-ini təşkil edir.

Banker.az-ın Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatlara əsasən apardığı hesablamalarına görə, qeyd olunan dövrdə ƏDV-dən daxil olan gəlirlər illik müqayisədə 8.5% çoxdur.

Cari ilin ilk 10 ayında aksizdən dövlət büdcəsinə daxilolmaların həcmi 886.4 mln. manat olub ki, bu da dövlət büdcəsi gəlirlərinin 4.36%-ini, ÜDM-in isə 1.24%-ini təşkil edir. Bu dövrdə aksizdən daxilolmaların həcmində illik müqayisədə 17.4% artım var.

Son xəbərlər
Oxşar xəbərlər