6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Dövlət büdcəsinə gömrük daxilolmaları açıqlanıb

2020-ci ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsi tərəfindən büdcə daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalaraq 1,35 milyon manat təşkil edib.

Aprel ayı ərzində daxilolmaların ümumi həcmi ilin əvvəlindən etibarən 36 faiz artıb.

Bu ilin ilk 4 ayı ərzində gömrük rüsumları üzrə daxilolmalar 327,5 milyon manat və bütün daxilolmaların 24,3 faizi, ƏDV üzrə 963,9 milyon manat (71,5 faiz), aksizlər üzrə 43,84 milyon manat (3,3 faiz) və yol vergisi üzrə daxilolmalar 12,64 milyon manat (1 faiz) təşkil edib.

Ötən ilin apreli ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 4 faiz artıb, ƏDV 0,4 faiz azalıb, aksiz 2 dəfə azalıb, yol vergisi üzrə daxilolmalar 4,4 faiz azalıb.

Son xəbərlər
Oxşar xəbərlər