Dövlət büdcəsində 578 mln. manatlıq profisit yaranıb

0

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 532,9 milyon manat, xərcləri isə 2 954,8 milyon manat təşkil edib ki, bu da büdcədə 578,1 milyon manatlıq profisit olması deməkdir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 35,4% və 19,6% çoxdur.