28 C
Baku
Saturday, July 27, 2024

Dövlət büdcəsində gəlirlərin kəskin artması səbəbindən 2.55 mlrd. manatlıq profisit yarandı

2023-cü ilin ayı yanvarda Azərbaycan Respublikasının dövlət büdcəsində 2 milyard 548.6 milyon manatlıq profisit (qalıq) yareanıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, dövlət büdcəsinin gəlirləri illik müqayisədə 45.9% artaraq 4 milyard 6.5 milyon manata yüksəldiyi halda, övlət büdcəsinin xərcləri 48.3% artaraq  1 milyard 457.9 milyon manat olub.

Qeyd edək ki, 2023-cü il üzrə Dövlət Büdcəsi haqqında qanuna görə, Respublikanın dövlət büdcəsində 2 mlrd. 579.3 mln. manat kəsir (defisit) proqnoz edilir. Belə ki dövlət büdcəsinin gəlirləri 30.77 mlrd. manat, xərcləri 33.35 mlrd manat olacağı proqnoz edilir.

Son xəbərlər
Digər xəbərlər