17 C
Baku
Tuesday, October 15, 2024

Dövlət büdcəsində profisit azalıb – ₼2.86 manat!

Azərbaycan Respublikasının dövlət büdcəsinin profisiti 2024-cü ilin ilk səkkiz ayında 2 milyard 861 milyon manat olub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Halbuki, bu, bir ay öncə 3 milyard 126.5 milyon manat idi.

Dövlət büdcəsinin gəlirləri illik müqayisədə 23.5 faiz artaraq 25 milyard 223.4 milyon manat olub.

Dövlət büdcəsinin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 8.3 faiz artımla 22 milyon 362.4 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər