7 C
Baku
Şənbə, Yanvar 22, 2022

Dövlət büdcəsinin əmlak və torpaq vergisindən gəlirləri artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinə 158 mln. manat əmlak vergisi, 31.7 mln. manat isə torpaq vergisi daxil olub. Bu vergi növləri dövlət büdcəsi gəlirlərinin müvafiq olaraq, 0.78% və 0.16%-ni, ÜDM-in isə müvafiq olaraq, 0.22% və 0.04%-ni təşkil edib.

Banker.az-ın Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatlara əsasən apardığı hesablamalarına görə, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə dövlət büdcəsinə daxil olan əmlak vergisinin həcmi 16%, torpaq vergisinin həcmi isə 17.3% artıb. 2020-ci ilin yanvar-oktyabr aylarında əmlak vergisi dövlət büdcəsi gəlirlərinin 0.64%-ini, ÜDM-in 0.23%-ini təşkil edirdi. Həmin dövrdə torpaq vergisi dövlət büdcəsi gəlirlərində 0.13%, ÜDM-də 0.05% paya sahib idi.

Son xəbərlər
Oxşar xəbərlər