22 C
Baku
Thursday, April 25, 2024

Dövlət büdcəsinin kəsiri proqnozlardan 10 dəfə az olub – AÇIQLAMA

2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24 199,6 mln. manat, xərcləri 24 404,8 mln.manat olmuşdur.

Bu barədə Maliyyə Nazirliyinin 2019-cu il üzrə dövlət və icmal büdcənin icrasına (operativ) dair məlumatda deyilir.

Gəlirlər. 2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24199,6 mln. manat və ya proqnoza qarşı 1031,6 mln. manat çox (4,5 faiz çox) icra olunmuşdur. Bu 2018-ci illə müqayisədə 1690,7 mln. manat və ya 7,5 faiz çoxdur.

Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 10595,1 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 1127,4 mln. manat və ya 11,9 faiz, 2018-ci illə müqayisədə isə 1486,7 mln. manat və ya 16,3 faiz çoxdur.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7672,1 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 356,1 mln. manat və ya 4,9 faiz, 2018-ci illə müqayisədə isə 256,6 mln. manat və ya 3,5 faiz çoxdur.

Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 4408,6 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 706,6 mln. manat və ya 19,1 faiz, 2018-ci illə müqayisədə isə 974,6 mln. manat və ya 28,4 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 11364,3 mln. manat vəsait transfert edilmişdir.

2019-cu ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 590,1 mln. manat, sair daxilolmalardan 164,5 mln. manat vəsait dövlət büdcəsinə daxil olmuşdur.

2019-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 7328,4 mln. manat icra olunmuşdur.

 

Xərclər. 2019-cu ildə dövlət büdcəsinin xərcləri 96,9 faiz və ya 24404,8 mln. manat icra edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 1673,2 mln. manat və ya 7,4 faiz çoxdur.

2019-cu il ərzində dövlət büdcəsi xərclərinin 13514,4 mln. manatı və ya 55,4 faizi cari xərclərə, 9366,1 mln. manatı və ya 38,4 faizi əsaslı xərclərə, 1524,3 mln. manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.

2019-cu ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7714,2 mln. manat icra olunmuşdur.

Dövlət büdcəsinin kəsiri. 2019-cu ilin dövlət büdcəsinin kəsiri 205,2 mln. manat təşkil etmişdir ki, bu da proqnozlaşdırılan 2 022,0 mln. manat kəsirdən 1 816,8 mln. manat və ya 9,9 dəfə azdır.

Kəsirin maliyyələşdirilməsi dövlət istiqraz vərəqələrinin satışından, dövlət əmlakının özəlləşdirməsindən daxil olan vəsait və vahid xəzinə qalığı hesabına həyata keçirilmişdir.

2019-cu ilin icmal büdcəsinin gəlirləri 33 818,3 mln. manat olmuşdur ki, bu da proqnoza nisbətən 4583,5 mln. manat və ya 15,7 faiz, 2018-ci illə müqayisədə isə 2893,6 mln. manat və ya 9,4 faiz çoxdur.

2019-cu ilin icmal büdcəsinin xərcləri 26475,6 mln. manat 96,7 faiz təşkil etmişdir.

2019-cu ilin icmal büdcəsində 7 342,7 mln. manat büdcə artıqlığı (profisit) yaranmışdır ki, bu da proqnoza (1863,9 mln. manat) nisbətən 5 478,8 mln. manat və ya 3,9 dəfə çoxdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər