12 C
Baku
Sunday, October 27, 2024

Dövlət Dəniz Agentliyinə yeni direktor müavini təyin edilib

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyində kadr dəyişikliyi aparılıb.

Bununla bağlı müvafiq əmri qurumun direktoru Qüdrət Qurbanov imzalayıb.

Əmrə əsasən, Fərhad Məmmədov Dövlət Dəniz Agentliyində direktor müavini təyin edib.

Qeyd edək ki, F.Məmmədov 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq əlaqələr və konvensiyalar sektorunun müdiri və müdir müavini vəzifələrində çalışıb. 2011-ci ildən Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib.

O, 2020-ci ilin aprel ayından etibarən Azərbaycan Respublikasnın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsini icra edib.

MənbəUnikal.org
Son xəbərlər
Digər xəbərlər