7 C
Baku
Wednesday, November 30, 2022

Dövlət Departamenti: ABŞ və Türkiyə “F-16” qırıcılarının tədarükü ilə bağlı danışıqları davam etdirir

ABŞ Dövlət Departamenti Vaşinqton və Ankaranın Türkiyəyə “F-16” qırıcılarının tədarükü ilə bağlı danışıqlar apardığını bildirib.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays məlumat verib.

“Türkiyə NATO-nun müttəfiqi kimi mühüm rol oynamalıdır. Biz birbaşa Türkiyə hökuməti ilə danışıqlar aparırıq. Biz də onlar kimi Türkiyəni NATO ilə, NATO-nun müasir hərbi texnikası ilə uyğunlaşdırmağa yönəlmişik. Bu proses davam edir”, – deyə N.Prays bildirib.

O, Türkiyə hərbi heyətinin Vaşinqtona gəlişi barədə məlumata şərh verməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X