28 C
Baku
Saturday, July 27, 2024

Dövlət Duması sədrinin müavini təyin edildi

Rusiya Baş Nazirinin keçmiş müavini Aleksey Qordeyev Dövlət Duması sədrinin yeni müavini vəzifəsinə təyin edilib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, o, bu postda deputat səlahiyyətlərindən istefa verən Qennadi Kulikin yerini tutacaq.

Qeyd edək ki, Qordeyev 2000-ci ildən Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinə, 2009-cu ildə Voronej bölgəsinə rəhbərlik edib. 2017-ci ildə bu vəzifədən ayrılıb və Rusiya Prezidentinin Mərkəzi Federal Dairəsində səlahiyyətli nümayəndəsi olub. 2018-ci ildə Baş Nazirin müavini təyin edilib. O, Dmitri Medvedev hökumətində kənd təsərrüfatına nəzarət edib.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər