Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat katibi İradə İbrahimova deyib ki, Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib.

O qeyd edib ki, bu təyinata qədər o, nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub. M.Qənbərov 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır”.

©Report