Dövlət Gömrük Komitəsi birinci yarımil üzrə büdcə öhdəliyinə 114.58% əməl edib

İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-iyun ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 114.58 % əməl edib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Tvitter səhifəsində yazıb.

Bundan əlavə, sədr nəzərdə tutulan proqnozdan əlavə 259.32 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunduğunu da qeyd edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.