13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Dövlət Gömrük Komitəsi yeddi ayda büdcəyə 1,4 mlrd. manat köçürüb

faizlere

Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 427 milyon 836,91 min manat daxil olub.

Komitənin mətbuat xidmətindən bildirilib ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 245 milyon 666,99 min manat və ya 21 faiz artıb.

Cari ilin yanvar-iyul ayları ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 382 milyon 731,24 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 981 milyon 134,04 min manat, aksizlər üzrə 45 milyon 426,6 min manat, yol vergisi üzrə isə 18 milyon 545,03 manat təşkil edib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:AZƏRTAC
Son xəbərlər
360 380
Oxşar xəbərlər