28 C
Baku
Saturday, July 27, 2024

Gömrük Komitəsi yeni inzibati binasının tikintisi üçün bu şirkətə 1,3 milyon manat ödəyəcək

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi “Progress” Sənaye İstehsalat Şirkəti ilə müqavilə bağladı.

Banker.az xəbər verir ki, müqavilədə Dövlət Gömrük Komitənin yeni inzibati binasının tikintisi ilə əlaqədar bünövrə işlərinin görülməsi nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 1 milyon 331 min 833 manatdır.

Bildirək ki, Bakının Yasamal rayonunda Dövlət Gömrük Komitəsinin yeni inzibati binası tikilir. Hazırda tikilməkdə olan yeni bina indiki komitənin binası ilə Ekologiya Nazirliyinin binası arasında yerləşir.

 

Son xəbərlər
Digər xəbərlər