3 C
Baku
Cümə, Yanvar 21, 2022

Dövlət Gömrük Komitəsi yeni səlahiyyət alır – FƏRMAN

Prezidentinin 2012-ci il 4 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.43-3-cü yarımbənd əlavə edilsin:

“3.1.43-3. gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatları, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatları “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;”.

Xatırladaq ki, bu hissə DGK-nin vəzifələri hissəsinə aid edilir.

Son xəbərlər
Oxşar xəbərlər