Dövlət Gömrük Komitəsinə yeni sədr təyin olundu – SƏRƏNCAM

0

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin adı məlum olub.

Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yeni siyahısında deyilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məlumata görə, Səfər Məmməd oğlu Mehdiyev komitə sədri təyin edilib.

Qeyd edək ki, o bu vəzifədə Aydın Əliyevi əvəz edib.

Mehdiyev Səfər Məmməd oğlu 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.

1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirmişdir.Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR, Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır.

1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır.

2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.

2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

Səfər Mehdiyev — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantıdır.