28 C
Baku
Sunday, July 21, 2024

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Bakı şöbəsinin sabiq rəis müavini Fəxrəddin Quliyevin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Xəbərə görə, ibtidai istintaq zamanı Fəxrəddin Quliyevin qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edərək Dövlət Gömrük Komitəsi tərəfindən vətəndaşlardan götürülərək saxlanılmasına nəzarət üçün ona etibar edilmiş 70 min manatdan artıq özgə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəxrəddin Quliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər