Dövlət hesabına ipoteka kreditlərində ilkin ödəniş 30%-ə qaldırılıb

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən ipoteka kreditlərinin minimal olaraq ilkin ödəniş faizinin məbləği artırılmalı olub. Yəni yeni qaydalara əsasən isə minimal olaraq 30% ilkin ödəniş faizi tələb olunacaq.

Banker.az-ın banklara yaxın mənbədən əldə etdiyi məlumata əsasən, kredit təşkilatları bunun səbəbini İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən onlara göstəriş olduğunu deyirlər. 

Redaksiyamız bununla bağlı Fonda müraciət göndərilsə də hələ də sorğu cavablandırılmayıb.

Buna qədər isə ipoteka kreditini əldə edib mənzil almaq istəyənlər üçün ilkin ödəniş kimi cəmi 20% ödəmək lazım idi. Yeni qayda ilə 10% bəndi artırılmalı olub.

Hazırda Fond 27 müvəkkil bank vasitəsi ilə ipoteka kreditləşməsini həyata keçirir.