7 C
Baku
Monday, February 6, 2023

Dövlət icbari şəxsi sığorta üzrə ödənişlər də proaktiv qaydada təyin ediləcək

Dövlət icbari şəxsi sığorta ödənişlərinin də elektron sistem üzərindən proaktiv təyinatı mexanizmi qurulacaq.

Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən bildirilir ki, sığorta hadisəsindən sonra zərərçəkmiş şəxsin özünə, vəfat etdiyi halda vərəsələrinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac qalmadan sığorta ödənişi avtomatik təyin ediləcək və aidiyyəti şəxsin e-sistemdə qeyd olunmuş telefon nömrəsinə bu barədə SMS-bildiriş göndəriləcək.

Hazırda həmin e-infrastrukturun əsasını təşkil edəcək “Dövlət İcbari Şəxsi Sığorta” altsisteminin qurulması işləri davam edir.

Son xəbərlər
Digər xəbərlər
X