28 C
Baku
Saturday, July 27, 2024

Dövlət İdarəsi 600 min manata sərgi üçün dizayn və montaj sifariş verib

Dövlət Radiotezliklər İdarəsi  “Elcom” MMC ilə müqavilə imzalayıb.


Banker.az xəbər verir ki, müqavilədə sərgi avadanlıq və qurğularının dizayn, montaj və demontaj işlərinin satın alınması nəzərdə tutulub.

Müqavilənin məbləği 600 min manatdır.

Bildirək ki,  “Elcom” MMC-nin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Elnur Şəfiyevdir.

Dövlət Radiotezliklər İdarəsi (DRİ) 09 iyul 1998-ci il tarixindən Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Respublika ərazisində mülkü məqsədlər üçün radiotezlik spektrinin uçotunu, həmin tezliklərdə işləyən radioelektron vasitələrinin qeydiyyatını aparır.

 

 

Son xəbərlər
Digər xəbərlər