29 C
Baku
Sunday, June 26, 2022

Dövlət imkansız şəxslərə biznes qurmaq üçün yardım edəcək- Nazirlikdən açıqlama

2019-cu il üçün özünüməşğulluq proqramı üzrə təlimlərə başlanır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, ilk təlim mərhələsində 1000-dən çox şəxs iştirak edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2019-cu il üçün özünüməşğulluq proqramı üzrə “Öz biznesinə başla” adlı təlimlərə başlayır.

Martın 18-də başlanacaq təlimlərin ilk mərhələsində özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edən 1000 nəfər iştirak edəcək. Bir aylıq təlim müddətində onlara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədiləcək.

Təlimlər il ərzində davam etdiriləcək. Hər təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək.

Qiymətləndirmə biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında aparılacaq. Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək

Cari ildə 7-8 min nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

Son xəbərlər
Oxşar xəbərlər