8 C
Baku
Thursday, December 5, 2024

“Dövlət investisiyaları tədricən özəl investisiyalarla əvəz edilir”

Azərbaycanda dövlət investisiyalarının tədricən özəl investisiyalarla əvəzlənməsi istiqamətində bəzi qərarlar qəbul olunub və artıq zəruri tədbirlər görülməkdədir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov bildirib.

“Prezidentin 31 avqust 2023-cü ildə imzaladığı dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı sərəncam dövlət müəssisələrində dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsini nəzərdə tutur”, – deyə o qeyd edib.

“Büdcə təşkilatlarında nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük sahəsində vergi yükünün azaldılması, vergi nəzarəti və kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi, eləcə də həm büdcə gəlirlərinin toplanması, həm də xərclənməsi istiqamətində hər bir vəsaitə qənaətlə yanaşılması, gəlir və xərclərin ahəngdarlığı təmin ediləcək”, – deyə hökumət başçısı əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər