24 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Dövlət istiqrazları 5% ödənişlə hərraca çıxarıldı

16 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

Bu barədə Banker.az-a Birjadan bildirilir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. 

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları 
Qiymətli kağızın ISIN kodu AZ0106035881
Emissiya həcmi  10 000 000 manat
Nominal dəyəri  100 manat
İstiqrazların tədavül müddəti 1092  gün
Faiz ödənişləri (olduqda) 17 may 2022-ci il,   15 noyabr 2022-ci il     16 may 2023-cü il,  14 noyabr 2023-cü il

14 may 2024- cü il, 12 noyabr 2024-cü il

Faiz gəliri 5.0 %
Ödəmə tarixi 12.11.2024
Anderrayter                 “PAŞA Kapital İŞ” QSC

     

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Oxşar xəbərlər
X